Dostumuz Marketer Məhərrəm özünə aid olmayan bir ayda (indi axı Ramazan ayıdır, ay Məhərrəm, Məhərrəm ayı deyil ki?!) ortalığa yeeekkə bir məsələ atıb. Mənim Qaraçuxurdan olan amma deyəsən ora illərdir ayağı dəyməyən adaşımın bir meyxanasından ilhamlanıb ölkə marketerlərinin doğru yolda olmadığından şübhələnib. Özünü müzakirəyə çıxarmaqla əslində daşı bizim bostanımıza atıb…
Bu qardaş deyir ki, Bəlkə biz düz eləmirik ?! və s., və i.a.
Özü də mənim də adımı yazıb. Guya mənə pas atır ki, mən də fikirlərimi yazım. Məndən başqa 5 nəfərə də bu pasdan “paslı” bir pay düşmüşdü. Onların çoxu yazdı və pası başqalarına atdı, mövzunun da pası açıldı.
Mən isə səbrlə gözləyirdim. Amma bu müddət ərzində çox fikirlərşdim ki, nəyi düz eləmirəm? Ümumiyyətlə, bəlkə biz heç zadı düz eləmirik. Düşmüşük ortalığa elə danışırıq ki, düz edirik…
Ola bilər də! İndi elə zəmanədə yaşayırıq ki, hər şey ola bilər… Bir halda ki, kişi ilə qadını, dostla düşməni, yalanla həqiqəti ayırd etmək çətindir, deməli, hər şey ola bilər…
Çox fikirləşdim ki, bəlkə mən də düz eləmirəm. Çox səbr elədim. Bu mövzuda yazılan bütün yazıları oxudum. Yazanların qara gözlərinə, qaşına baxdım, gözlərinin yaşına baxdım… Axırda dözmədi qəlbim.
Və mən də başladım öz rəvayətimə…
Qulaq asın cəmaət,
Mən danışım rəvayət.
Bu marketinq aləmi,
Çoxsuna vermiş qəmi.
Biz də əzab çəkmişik,
Düz 3 forum etmişik.
***
Nə iş gəlib başımıza,
Kimlər çıxıb qarşımıza,
Yaş dola-dola gözlərə,
Danışmışam Sizlərə.
***
Rafiqin son yazısı,
Verdi ürək ağrısı.
Düşündüm ki, düz deyir,
Çox ağıllı söz deyir.
Gərək baxaq özümüzə,
Düzən verək sözümüzə…
***
Qoy hamı söz söyləsin,
Söyləyən düz söyləsin.
Söylənən hər bir sözün,
Xeyri olsun hamımıza,
Marketinq icmamıza.
***
Bu elmi qəlbdən sevdik,
Uğrunda işlər gördük.
Yaxşısı var, pisi var,
Əsas odur izi var.
***
Gördüyümüz işlərin,
Hamısı nöqsanlıdır,
Amma adlı-sanlıdır.
Çünki edən olmayıb,
Onları bizdən öncə…
***
Biz meydana gəlincə,
Canlandı “hodri meydan”,
Faydalandı çox insan.
***
Rəqabət sardı bizi,
Öyrətdikcə öyrəndik
Çox sevdik işimizi…
***
Sevdirdik insanlara
Faydalı iş görməyi,
Gələcəyin uğruna
Mənfəətsiz əməyi…
***
Bunun dəydi köməyi
Çoxaldı dostlarımız,
Yavaş-yavaş azaldı
İşimizə qoyulan “mız”,
Mükəmməllik uğruna
İnkişaf etdik hamımız.
***
Odur ki, düz yoldayıq,
Bəzən səhvlər etsək də
Biz doğru sulardayıq…
***
Qarşımızda üfüq var,
Bizi gözlər “torpaqlar”.
Biz sevirik “kəşf”ləri,
Tək yolumuz irəli!
***
Burda sözlərim bitdi,
Rəvayət sona yetdi…
Nəhayət, mən də fikirlərimiz yazdım. Ənənəyə uyğun olaraq mən də pas atmalıyam.
Beləliklə, Vaqif Abbasov, Babək Musazadə, Müşfiq Şirəliyev tut gəldi!