Və ya ədəbiyyatda product placement necə olmalıdır?
Əvvəlki yazılarda 3 sahədə, filmlərdə, musiqi kliplərində və teleseriallarda Product Placement məsələlərinə toxunmuşduq. Növbəti yazımız isə bu qəbildən olan ən maraqlı mövzunu, Kitablarda Product Placement mövzusunu əhatə edəcək.
Kitablarda Product Placement çox da geniş yayılmış bir marketinq fəndi olmasa da ən uğurlulardandır. Əlbəttə ki, hər yazıçı da öz kitablarında bunu uğurla edə bilmir.
Kitablarda product placement bütün product placementlər arasında ən çətini və ən risklisidir. İnsanlar klipi, filmi və ya teleserialı çox az vaxt sərf etməklə izləyib başa çatdıra bilirlər. Kitabı oxumaq isə günlərlə vaxt alır. Oxucu faydalanmaq və istirahət etmək məqsədilə pul verib aldığı kitabın hansısa məhsulun satışına xidmət etdiyini hiss etməməlidir. Əgər o, bunu aşkar şəkildə və kitabı oxuduğu müddət boyunca tez-tez hiss edirsə və bu, onu narahat edirsə, deməli, yazıçı növbəti kitabı üçün həmin oxucunu itirmişdir. İnsanlar kitablardan nəsə öyrənmək istəyir, orda reklam bloku izləmək yox!
Deməli, yazıçı bir və ya bir neçə brendlə product placement üzrə anlaşırsa, bu riski göz önünə almalıdır və işi oxucusunu itirməyəcək şəkildə görməlidir.
Fikrimcə bu işi, yəni kitablarda product placementi ən yaxşı şəkildə quran yazıçı amerikalı Den Braundur.
Yazıçı indiyədək 7 böyük roman yazıb:
- Digital Fortress (1998)
- Angels & Demons (2000)
- Deception Point (2001)
- The Da Vinci Code (2003)
- The Lost Symbol (2009)
- Inferno (2013)
- Origin (2017)
Bu əsərlərdən beşində (“Mələklər və Şeytanlar”, “Da Vinçi Şifrəsi”, “İtirilmiş Simvol”, “Cəhənnəm” və “Başlanğıc”) baş qəhrəman eyni adamdır. Söhbət Harvard Universitetinin sənətşünaslıq müəllimi Professor Robert Lenqdondur.
Yazıçı product placement işini də demək olar ki, məhz baş qəhərmanın üzərində qurmuşdur. Bu əsərlərin hamısında reklam olunan brendlər yüksək imicli brendlərdir və əksər hallarda da baş qəhrəmanın geyim və aksessuarlarıdır. Ya da onun istifadə etdiyi elektornika məhsullarıdır. Məhz bu amil əsərlərdəki product placementin hissedilməz olmasına kömək etmişdir. Yazıçının bu işi istifadə imkanı isə öz yerində.
Real Keys
Kitablarda product placement-dən danışmışkən başıma gələn maraqlı bir hadisəni də sizinlə bölüşmək istərdim. Deməli, 2014-cü ilin yay aylarında YelloAD bir sifariş qəbul etdi. Ölkənin premium geyimlər satan firmalarından biri məndən məhz product placement ruhlu hekayələr yazmağımı istədi. Hekayələr silsilə xarakterli olacaq və müxtəlif fashion jurnallarında və saytlarında yayımlanacaqdı.
Müştəri ilə görüşdüm və məhz Dan Brown nümunəsini gətirdim. Razılaşdıq. Və hekayəni yazıb müştəriyə göndərdim. 3 gün sonra işin bəyənilmədiyini bildirdilər və əməkdaşlıq təbii ki, davam etdirilmədi. İşimin bəyənilməməsi mənə çox pis təsir etsə də, olan olmuşdu…
Bir müddət sonra mənə deyilmiş həmin dəb saytlarından birində həmin müştəri üçün yazılmış hekayəni gördüm. Dərhal “hekayə” ilə tanış oldum. Gördüm ki, bu, əslində hekayə yox, bir növ şirkətin saytının bloq bölməsi üçün yazılmış yazıdır. Brend adlarının qabarıq şəkildə verilməsi və tez-tez təkrarlanması da öz yerində. Xeyli sevindim. Əmin oldum ki, problem yazdığım hekayədə deyildi, mənə verilən brifdəydi…
Və üstündən heç bir il keçmədi ki, həmin dəbdəbəli məkan işləyə bilmədi və bağlandı…
Den Braunun product placement fəndləri
Keçək Den Braunun öz əsərlərində product placement işini necə görməsinə.
Onu deyim ki, bu yazıçının yalnız bir əsərini oxuyan şəxs product placementi hiss eləmir. Daha doğrusu əsərin bəzi yerlərində marka adının çəkilməsinin reklam olduğunu düşünür. Ancaq sonra əsərdə onlarla marka adı gördükdə fikirləşir ki, yazıçı əsəri daha realistik etmək üçün marka adı çəkir. Bir əsərdə adı çəkilən 30 markanın hamısı ilə əməkdaşlıq edə bilməz ki…
Belə düşünmək həqiqətən də əsaslıdır. Çünki yazıçı öz əsərlərində məhz belə aldadıcı manevrlər edir. Ancaq onun heç olmasa 2 əsərini oxuyan adam bunu hiss edir.
Mən bu yazıda 3 romanın “İtirilmiş Simvol” (The Lost Symbol), “Cəhənnəm” (Inferno) və “Başlanğıc” (Origin) romanlarında yazıçının gördüyü işlərdən danışacağam.
Bu əsərlərdə rekam olunan markalardan bəziləri bunlardır:
“İTİRİLMİŞ SİMVOL” – iPhone, Brioni, Volvo, Cadillac, Yale Universiteti, Otis, Falkon 2000 EX
“CƏHƏNNƏM” – iPhone, Brioni, Prada, BMW, Cadillac, Windows, Google və s.
“BAŞLANĞIC” – Uber, FedEx, Gulfstream, Tesla, Harvard Universiteti, NASA, GOOGLE, IBM
Müqayisəli şəkildə baxsaq görərik ki, son əsərində yazıçının Apple şirkəti ilə müqaviləsi bitib J
Çünki son əsərdə iPhonun adı cəmi 1 dəfə çəkilir. O da ötəri. Yadda qalmayacaq tərzdə. Əvəzində Tesla və Uber bol-bol reklam olunur.
Hər bir əsərdən nümunələrə baxaq.
İTİRİLMİŞ SİMVOL
Bu romanda “Volvo” və “Cadillac” markalarının əsərin süjet xəttinə necə ustalıqla daxil edildiyinə baxaq. Burda markanın adı prosesin təsvir hissəsində adi bir situasiyada diqqətə çatdırılır.
Burda isə artıq əsərin həyəcanlı anlarından biri yaşanır. Markanın adı yenə xatırlanır.
Süjet xəttinin pik anında yazıçı markanın yenə də yazıya daxil etməklə şüuraltına salır.
Demək olar ki, eyni şeylər “Cadillac”la da təkrarlanır.
CƏHƏNNƏM
Product Placement işi bu romanda daha peşəkar səviyyəyə yüksəlib.
BMW nümunəsində bunu o qədər də hiss etməsək də Ermənistanın reklamında bunun daha ncə şəkildə və süjetin lazımı elementiymiş kimi edildiyiin görürük.
Bəli, biz “yatırıq” üzdəniraq qonşularımız isə özlərinin dövlət kimi varlığını belə mötəbər bestsellerlərə salmaqla tarixlərini “qədimləşdirirlər”.
iPhone ilə bağlı bölüm isə daha da orijinal alınıb. Burda həm sözgəlişi cihazın özəllikləri sadalanır, həm cihaz təriflənir, həm də süjet xəttinin vacib elementi kimi baş qəhrəman onu əldə etmək üçün özünü “həlak edir”.
BAŞLANĞIC
Bu roman isə yazıçının son romanıdır və product placement işinin zirvəsidir.
UBER brendinin bu əsərdə reklam olunması olduqca orqanikdir və çox yüksək səviyyədədir. Burda həm brendin loqosu mistik elementlərlə birləşdirilir, həm də şirkət haqqında yetrincə geniş məlumat verilir.
Burda Gulfstream brendinin reklamı daha çox əvvəlki əsəsrlərdəki tərzdədir.
Ancaq FedEx reklamı cəmi 2 dəfə göstərilsə də, bu, olduqca yaddaqalan formada edilmişdi.
Vəəə Tesla. Bu brendin nəinki özü, hətta sahibi də reklam olunur. Elon Musk öz adnı ədəbiyyat tarixinə də salmaq istəyib. Və yəqin ki, bunun üçün yaxşıca “tərləyb”.
Bir də burda markanın göylərə qaldırılmasın da var.
Belə.
Deyəsən, çox uzun alındı. Ancaq bu iş o qədər səliqəli və zövqlü edilib ki, adam qısa yaza bilmir 🙂